"Real" Arda Gülərin müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

Türkiyə milli komandasının üzvü ilə 2032-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Real" Arda Güləri 2023-cü ilin yayında "Fənərbaxça"dan 30 milyon avroya transfer edib. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.