Ruanda milli komandası Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, Ruanda Malini qəbul edib və 1:2 uduzub.
Həmin uğursuz nəticədən sonra Ruanda yığması 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Bu komandaya “Zirə”dən dəvət alan Anje Mutsinzi də Mali ilə matçın iştirakçısı olub.
Meydana start heyətində çıxan müdafiəçi 77-ci dəqiqədə zədələnərək əvəzlənib.
saytlarin hazirlanmasi
