"Zirə"nin kapitanı Ruan Renato Sportal.az saytına açıqlama verib.
Braziliyalı futbolçu komandasının Misli Premyer Liqasının 10-cu turunun "Araz-Naxçıvan"la(2:2) görüşü haqda danışıb:
"Oyuna heç də yaxşı başlamadıq, komanda olaraq pis başladıq. Erkən qol buraxdıq. Amma çalışdıq ki, bacardığımız qədər oyunu nəzarətə götürək. Birinci hissənin sonunda buna qismən nail olduq. İkinci hissədə də oyunu nəzarətə götürmək istəyirdik ki, həmin anda qapımızdan ikinci qolu buraxdıq. Qollardan sonra komanda kimi yaxşı reaksiya verdik. Oyunun əvvəlindən eyni intensivliyi göstərsəydik, çox yaxşı başlasaydıq, üç xal üçün aşkar favorit olardıq. Sadəcə artıq gec idi. Ona görə də heç-heçə ilə kifayətləndik".
Renato, zədəli futbolçuların yoxluğuna görə komandanın əziyyət çəkdiyini bildirib: "Bəli, çempionata çox yaxşı start götürmüşdük. Ancaq əfsuslar olsun ki, böyük ölçüdə futbolçuların sonradan zədələnməsi həm bizim işimizə, həm də baş məşqçinin işinə müəyyən qədər mane oldu. Yeni gələn futbolçular baş məşqçimizin gördüyü işlər sayəsində komandaya çox yaxşı adaptasiya olmuşdu. Onlar çox uğurlu adaptasiya dönəmi keçdilər. Sadəcə təəssüflə qeyd edim ki, böyük ölçüdə oyunçularımız zədələnməsi...Zədəlilərimiz çoxdur. Baş məşqçimizin əlində istədiyi materialların olmaması, ikinci hissədə oyunu gücləndirə bilməməsi nəticələrə müəyyən qədər təsir etdi".
Mirbağırağa
saytlarin hazirlanmasi
