"Neftçi" "Şamaxı"nı, "Kəpəz" "İmişli"ni məğlub etdi - YENİLƏNİB

19:23 - 1 Noyabr 2026

Bu gün Misli Premyer Liqasında 10-cu turun növbəti matçları keçirilib.

Sportal.az xəbər verir ki, günün ilk matçında “Neftçi” “Şamaxı”nı sınağa çəkib. Qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Kəpəz” isə Gəncədə "İmişli”ni qonaq edib. Burada meydan sahibləri minimal hesablı qələbə qazanıb.

Misli Premyer Liqası
X tur
1 noyabr

15:00 "Şamaxı" – "Neftçi" 2:3
Qollar:
Abdullahi Şuaaybu, 24, Ayman Buali, 64 - Qustavo Klisman, 14, Breno Almeyda, 49, Adeleke Akinyemi, 75
Şamaxı şəhər stadionu

17:30 "Kəpəz" – "İmişli" 1:0
Qol:
Namik Ələskərov, 77
Gəncə şəhər stadionu

Xəbər xətti