Oktyabrın 30-da Bakı Kristal Zalında FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın həlledici final qarşılaşması keçirilib.
Sportal.az xəbər verir ki, A səviyyəsinin finalında Çexiya və İspaniya yığmaları üz-üzə gəlib. Qarşılaşma İspaniya millisinin 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə İspaniya ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının çempionu olaraq Dünya Kubokunun sahibi olub.
Final qarşılaşmasının ardından turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
saytlarin hazirlanmasi
