Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları baş tutub.
Sportal.az xəbər verir ki, bu gün daha 5 matç keçirilib.
"İmişli” “Qaradağ Lökbatan”ı, “Şamaxı” “Hypers”i , “Şahdağ Qusar” MOİK-i mübarizədən kənarlaşdırıb.
“Şəfa” bu mərhələdə “Ağstafa Gəncləri”ni darmadağın edib. “Kəpəz” isə “Baku Sportinq”dən güclü olub.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr
“İmişli” – “Qaradağ Lökbatan” 4:1
Qollar: F.Nəbiyev, 73, S.Fərəcov, 86, 90, D.Kardozu, 90+4 – Ə.Əlizadə, 45
Yevlax şəhər stadionu
MOİK – “Şahdağ Qusar” 1:9
Qollar: Q.Səfərov, 46 – A.Çipesse, 28, 45, 79, J.Zenqo, 43, M.İsayev, 54, M.Baxşalı, 58, A.Dauda, 63, 68, G.Əsədov, 81
Binə qəsəbə stadionu
“Hypers” – “Şamaxı” 1:5
Qollar: M.Məmmədov, 62 – O.Məmmədov, 4, E.Adilxanov, 45, T.Dequ, 60, H.İsmayılov, 74, T.Axvelidiani, 82
Şamaxı şəhər stadionu
“Şəfa” – “Ağstafa Gəncləri” 9:2
Qollar: B.Dansoko, 3, 8, 28, Fuller, 14, 31, E. Məmmədov, 17, 30, V. Qənbərov, 25, Felipe, 87 – E. Qasımov, 44 (pen.), H.Alıyev, 61
“Sumqayıt Arena”
“Kəpəz” – “Baku Sportinq” 3:1
Qol: Vadim Abdullayev, 8, Cəfər Əlizadə, 77 (avtoqol), Hüseyn Babayev, 80 – Əli Babayi, 12
Gəncə şəhər stadionu
