"Brayton"un yarımmüdafiəçisi Yasin Ayari İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" isveçli futbolçunu transfer etmək istəyir. Bu barədə "TEAMtalk" proqramında məlumat verilib.
Ayarinin "Brayton"la müqaviləsi mövsümün sonunda başa çatır. O, klubun yeni sözləşmə təklifini qəbul etməyib. Bunu nəzərə alan "Çelsi" 23 yaşlı orta xətt oyunçusunu yanvarda heyətinə qatmağa çalışacaq. "Qağayılar" futbolçuya 50 milyon avro qiymət qoyublar.
Qeyd edək ki, "Brayton" Yasin Ayarini 2023-cü ilin yanvarında ölkəsinin AİK klubundan transfer edib. İsveç millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi
