Azərbaycanlı futbolçu oynadı, komandası heç-heçə etdi

23:14 - 26 Oktyabr 2026

Kipr çempionatında 7-ci turun oyunları keçirilir. 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" səfərdə "Nea Salamina" ilə 0:0 hesablı heç-heçə edib. Məmmədov matçın 70-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Pafos" 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti