Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulub.
Sportal.az xəbər verir ki, üçüncü oyun günündə də iki matç baş tutub.
"İmişli" Yevlaxda "Şamaxı"nə qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mərdəkanda isə "Sabah"la "Qarabağ" arasında görüş keçirilib. Burada qalib müəyyənləşməyib.
25 oktyabr
"İmişli" – "Şamaxı" 2:1
Qol: Almeyda 18, Seyxan Fərəcov 90+1(p)- Şuaybu 65
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu
18:00. "Sabah" – "Qarabağ" 0:0
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Dalğa Arena"
