"Real"ın yetirməsi "Barselona"ya keçə bilər

15:12 - 23 Oktyabr 2026

"Como"nun yarımmüdafiəçisi Niko Pas karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" argentinalı futbolçuya maraq göstərir. Bu barədə jurnalist  Fransua Qalyardo məlumat yayıb.

Kataloniya klubunun baş məşqçisi Hans Flik Pası komandasında görmək istəyir. 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin "Real"ın yetirməsi olduğunu nəzərə alsaq, bu keçid ehtimalı sürpriz sayıla bilər.

Eyni zamanda, Madrid klubunun futbolçunu 80 milyon avro qarşılığında geri qaytarmaq hüququ mövcuddur.

Qeyd edək ki, Argentina millisinin üzvü olan Niko Pas cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti