Fil Foden hamını qabaqladı

18:50 - 22 Oktyabr 2026

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Mançester Siti"də çıxış edən Fil Foden həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İngiltərəli vinger UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda Nika Pas ("Komo"), Skott Maktominey ("Napoli") və Rio Nqumoanı ("Liverpul") qabaqlayıb.

Qeyd edək ki, Fil Foden "Mançester Siti"nin AEK-i 5:1 hesabı ilə məğlub etdiyi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti