7 qat Azərbaycan çempionu 2 illik diskvalifikasiya olundu

14:17 - 21 Oktyabr 2026

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb.

Sportal.az xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib.

Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb.

Sanksiya avqustun 31-dən qüvvəyə minib.

Daniel Holostenkonu yeniyetmə və gənclər arasında 7 dəfə Azərbaycan çempionu olub.


 

Xəbər xətti