Üç illik anlaşdığı klubun rəhbərliyinə mesajını ötürdü - Vəziyyət dəyişməsə, gedirəm

18:36 - 19 Oktyabr 2026

Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramov klubunu dəyişməyə hazırlaşır.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu ilin yayında "Qarabağ"dan "Bursaspor"a gedən sol cinah oyunçusu hazırkı durumundan kəskin narazıdır.

Millinin 25 yaşlı üzvü Türkiyənin I Liqasında az şans qazanmasından şikayətçidir. O, bununla bağlı giley-güzarını hələlik şifahi formada rəhbərliyə çatdırıb.

Bayramov baş məşqçi Mustafa Erin onu əsasən ehtiyatda saxlaması qərarını doğru saymır. "Xəzər Lənkəran"ın yetirməsinin fikrincə, çalışdırıcı təmiz rəqabət prinsiplərinə riayət eləmir və ona münasibətdə ədalətsiz davranmır.

Bursaya özünü göstərmək üçün gəldiyini deyən Toral nə planlaşdırır?

Vəziyyət belə davam edərsə, qış fasiləsində "yaşıl timsahlar"la vidalaşmağı. Ya birdəfəlik, ya da icarə əsasında.

Həmyerlimizin "Bursaspor"la bir neçə ay öncə 3 illik müqavilə bağlamasını da xatırladaq.

Xəbər xətti