“Fiorentina”nın futbolçusu Dodo karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, “Mançester Yunayted” 27 yaşlı müdafiəçi üçün hərəkətə keçib.
“Qırmızı şeytanlar” braziliyalı üçün lazımı transfer təzminatını ödəməyə hazırdır. Onun “Fiorentina” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Braziliya millisinin üzvü “Koritiba”, “Şaxtyor”(Donetsk), “Vitoriya Gimarayeş” klublarında oynayıb.
