Azər Bağırov Ayxan Abbasov mifini dağıdır - ötən mövsümdəkindən daha yaxşı "Şamaxı" görürük

17:57 - 17 Oktyabr 2026

Azər Bağırovun bəxtinə həmişə çətin şərtlər altında işləmək yazılıb sanki. "Araz-Naxçıvan"ı bir-iki həftənin içində yığmışdı. "Kəpəz"i iki dəfə "can üstündə" götürüb Premyer Liqada saxlaya bilib. İndi də "Şamaxı"da ağır yükün altına girib. 

Ötən mövsümlə müqayisədə "Şamaxı"nın heyəti bir qədər zəifləyib. Rüfət Abbasov, Dioqo Balau, Karim Rossi, Alfons Msanqa, Andrey Tirkoveanu kimi aparıcı futbolçular komandanı tərk eləyib. Lakin "Şamaxı" yenə də rəqiblərə başağrıdır, xallarını toplayır. 

Elə bir təəssürat yaranmışdı ki, Ayxan Abbasov gedəndən sonra "Şamaxı" batacaq. Lakin Azər Bağırov bu mifi dağıtdı.  Heyət dəyişdi, sistem dəyişdi, amma "Şamaxı" yenə də Premyer Liqanın möhkəm komandası statusunda qalmaqdadır. 

Məsələ yalnız nəticələrdə deyil. Azər Bağırovun "Şamaxı"sı həm də baxımlı oynamağa çalışır, hücum edir, qollar vurur. "Şamaxı" bu mövsüm meydana çıxdığı 8 oyundan 7-də xal qazanıb. Yeganə məğlubiyyəti ilk turda "Qarabağ"a olub.

Fikrət

Xəbər xətti