"Çelsi"nin kapitanı əməliyyat olundu

14:34 - 16 Oktyabr 2026

"Çelsi"nin müdafiəçisi Ris Ceyms dizindən əməliyyat olunub.

Sportal.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.

İngiltərəli futbolçu cərrahi müdaxilədən sonra artıq bərpa prosesinə başlayıb. Klub kapitanın yaşıl meydanlara qayıdacağı dəqiq vaxtı hələlik açıqlamır.

​Xatırladaq ki, Ris Ceyms oktyabrın 10-da "Bornmut"a qarşı keçirilən oyundan (5:1) əvvəl, məşq zamanı zədələnib.

Qeyd edək ki, 26 yaşlı sağ cinah müdafiəçisi ​İngiltərə Premyer Liqasının cari mövsümündə 4 oyunda iştirak edib və 1 sarı vərəqə alıb.

Xəbər xətti