Vinisius "Barselona"ya qarşı oynamayacaq

15:43 - 14 Oktyabr 2026

"Real"ın futbolçusu Vinisius Junior İspaniya La Liqasının X turunun "Barselona" ilə matçında iştirak edə bilməyəcək.

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Mario Korteqana məlumat yayıb.

VII turun "Vilyarreal"la oyununda (1:0) meydandan qovulan Vinisiusu azı 2 oyunluq cəza gözləyir. Lakin braziliyalı vingerin qırmızı vərəqəyə göstərdiyi emosional və aqressiv reaksiya səbəbindən cəza müddəti 3 oyuna qədər artırıla bilər.

Xatırladaq ki, Vinisius rəqibini saçından tutduğuna görə meydandan kənarlaşdırılmışdı. Nəticədə, futbolçu Kataloniya təmsilçisinə qarşı görüşü buraxacaq. Qarşılaşma oktyabrın 26-da "Barselona"nın meydanında keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti