"Difai" - "Şəki" matçında 5 qol - İCMAL

22:54 - 12 Oktyabr 2026

Futbol üzrə Azərbaycan II Liqasında VII turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Difai" "Palms Sports Futbol Mərkəzi"ndə "Şəki"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən "Difai" turnir cədvəlinin IX pilləsində qərarlaşıb. 3 xalı olan "Şəki" isə sonuncu - XII yerdədir.

"Difai" - "Şəki" 4:1
Qollar: 
A.Salamzadə, 17, 45+3, M.Məmmədov, 19, E.Sadıqlı, 89 - T.Məmmədzadə, 41 (pen)

Xəbər xətti