Zedadka: "Həm biz, həm də rəqib üçün ədalətli nəticə oldu"

16:17 - 11 Oktyabr 2026

"Sabah"ın futbolçusu Akim Zedadka Sportal.az saytına açıqlama verib. O, komandasının “Neftçi” ilə görüşdəki nəticəsini şərh edib: 

"Əslində, çətin oyun alındı. Çünki yaxşı komandaya qarşı oynayırdıq. Bizim yaxşı hücumlarımız oldu. Təəssüf ki, qol vurmaq alınmadı. Onlar da hücumda yaxşı idilər. Məncə, həm biz, həm də rəqib üçün ədalətli nəticə idi".

Zedadka Çempionlar Liqasının ikinci turunda qarşılaşacaqları "Slaviya"(Praqa) ilə görüşdən də gözləntilərini bölüşüb: "Bilirsiz ki, Çempionlar Liqası fərqli turnirdir. Bütün diqqətimiz "Neftçi" ilə yönəlmişdi. Həmin oyun artıq geridə qaldı. Qarşıda Çempionlar Liqasının oyunu var. Bütün diqqətimizi bu görüşə yönəldəcəyik. Yaxşı nəticə üçün mübarizə aparacağıq".

Xəbər xətti