Türkiyə millisinin baş məşqçisi istefaya göndərildi - RƏSMİ

19:56 - 9 Oktyabr 2026

Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Vinçentso Montella ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis istefaya göndərilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, Vinçentso Montella 2023-cü ilin sentyabrında Türkiyə seçməsinin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda UEFA Millətlər Liqasında keçirdiyi son 4 oyunun hamısında məğlub olub.

Xəbər xətti