"Liverpul" İngiltərə Premyer Liqasının XI turunda öz meydanında "Mançester Yunayted" üzərində 4:0 hesablı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, bu, "qırmızılar"ın ölkənin ən yüksək divizionundakı 700-cü qələbəsi olub.

"Liverpul"dan əvvəl yalnız "Mançester Yunayted" (776) və "Arsenal" (728) bu göstəriciyə çatıb. "Çelsi" də 686 qələbə ilə bu rəqəmə yaxınlaşır. Onlardan sonra isə "Mançester Siti" (580) və "Tottenhem" (565) gəlir.

Qeyd edək ki, "Liverpul" Premyer Liqada 11 turdan sonra 21 xal toplayıb və turnir cədvəlinin IV pilləsində qərarlaşıb. Mersisayd təmsilçisi lider "Arsenal"dan 7 xal geri qalır.