PSJ komandanın aparıcı üzvlərindən olan Vitinyanı uzun illər komandada saxlamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, Fransa nəhəngi portuqaliyalı dayaq yarımmüdafiəçisinin müqaviləsinin müddətini artıracaq. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Paris klubu Vitinyaya 2032-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə təklif edəcək. 26 yaşlı futbolçunun da yeni anlaşmaya isti yanaşdığı bildirilir.
Qeyd edək ki, PSJ Vitinyanı 2022-ci ilin yayında "Portu"dan 41,5 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin ortalarına kimidir.
saytlarin hazirlanmasi
