"Real"ın hücumçusu Endrik sıradan çıxıb.
Sportal.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı forvardın sol ayağının adduktor əzələsində zədələnmə aşkar edilib. 20 yaşlı futbolçunun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.
Qeyd edək ki, "Real" Endriki 2024-cü ilin yayında "Palmeyras"dan 47,5 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
