“Xankəndi” futbol klubunun rəhbərliyi və oyunçuları Qarabağ Universitetini ziyarət ediblər.

Sportal.az xəbər verir ki, ali təhsil müəssisəsinin tədris mühiti və infrastrukturu ilə tanış olan klub üzvləri daha sonra gənclərlə səmimi söhbət aparıblar.

İdman karyeraları barədə təcrübələrini bölüşən və sualları cavablandıran futbolçular sonda tələbələrlə xatirə şəkilləri çəkdirib, onların forma və atributlarını imzalayıblar.

Qeyd edək ki, tərəflər arasındakı bu əməkdaşlıq gənclərin idmana marağını artırmağa və Xankəndidə futbol mühitini təşviq etməyə xidmət edir.