Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Sportal.az xəbər verir ki, noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.

Qərara əsasən, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.

Bu mötəbər yarışa ilk dəfə ev sahibliyi etmək Azərbaycan basketbolunun inkişafı və ölkəmizdə beynəlxalq basketbol yarışlarının təşkili baxımından mühüm hadisədir.