Türkiyə Super Liqasında XII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün lider "Qalatasaray" öz meydanında "Samsunspor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 31-ə yüksəldən "Qalatasaray" liderliyini davam etdirir. 7 xalı olan "Samsunspor" isə XVII yerdədir.
"Qalatasaray" - "Samsunspor" 2:1
Qollar: Lukas Torreyra, 4, Yunus Akgün, 53 - Mohamed Bayo, 57

