"Fənərbaxça" iki futbolçusu ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, söhbət Mert Müldürlə İrfan Can Kahvecidən gedir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Müdafiəçi Müldürün klubla mövcud anlaşması mövsümün sonunda başa çatır. İstanbul nəhəngi 27 yaşlı sağ cinah müdafiəçisinə 3 illik yeni sözləşmə təklif edir.
İrfan Canın hazırkı müqaviləsi isə 2028-cii ilin 39 iyun tarixinə kimi nəzərdə tutulub. Klub 31 yaşlı vingerlə 1+1 illik yeni anlaşmaq imzalamaq niyyətindədir.
Qeyd edək ki, Mert Müldür cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 9 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb. İrfan Can isə 17 oyun keçirib, 5 qol vurub, 3 qol ötürməsi edib.
saytlarin hazirlanmasi
