"Qarabağ"ın qolkiperi Martin Zlomisliç Bosniya və Herseqovina millisinin heyətində növbəti görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, Zlomisliç UEFA Millətlər Liqasının B Liqasının altıncı turunda Rumıniyaya qarşı keçirilən ev görüşündə iştirak edib.
Matç Bosniya və Herseqovina millisinin 2:1 hesablı qalibiyyəti ilə başa çatıb. Meydana start heyətində çıxan Martin sona qədər oyunda olub.
Qeyd edək ki, bu qələbə sayəsində Bosniya və Herseqovina millisi 11 xalla qrupu ikinci pillədə başa vurub.
saytlarin hazirlanmasi
