U-21 yığma komandamız Omanın U-23 kollektivini 3:2 hesabı ilə məğlub edib. 

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Rəşad Eyubov görüşlə AFFA-nın mətbuat xidmətinə açıqlama verib: 

"Bizim üçün vacib olan iki oyun keçirdik. Əsas məqsədimiz oyun fəlsəfəmizlə futbolçularımızın potensialı arasında düzgün balansı tapmaq idi.

Bu oyunlarda nəticədən daha çox meydanda göstərdiyimiz futbol bizim üçün önəmli idi. Bununla belə, hər iki görüşdə hücum futbolu nümayiş etdirərək qələbə qazanmağımız sevindirici haldır.

İndi isə işimizi davam etdirəcək, futbolçularımızın klublarındakı çıxışlarını və inkişafını yaxından izləyəcəyik".