"Fakel"in forvardı Belaydi Pusi qışda yenidən Azərbaycana geri qayıda bilər.
Sportal.az saytına verilən məlumata görə, albaniyalı hücumçuya Premyer Liqa klublarından təkliflər var. İddialı klublarımız Pusini qışda heyətə cəlb etmək üçün mübarizə aparır.
28 yaşlı hücumçunun “Fakel”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, “Şamaxı” və “Turan Tovuz”da oynayıb. Pusi Azərbaycana geri qayıtmağa müsbət yanaşarsa, onun ölkəmizi geri dönüşü reallaşacaq.
saytlarin hazirlanmasi
