"Atletiko" yeni transferə hazırlaşır.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi “Qremio”nun müdafiəçisi Dieqo Kayto ilə maraqlanır.

Artıq ispanlar “Qoyas” rəhbərliyi ilə danışıqlar ada başlayıb. Məsələ burasındadır ki, 22 yaşlı sağ cinah müdafiəçisi müqavilə ilə məhz bu kluba aiddir.

Onun Braziliya klubu ilə müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir. Dieqo həm də “Sassuolo” və “Verona”nın transfer siyahısında yer alır.