Azərbaycan millisinin sabiq forvardı Branimir Subaşiç Sportal.az saytına açıqlama verib.

O, yığma komandamızın son matçlardakı performansından danışıb:

"Qələbələr hər zaman gözəldir, insanı sevindirir. Milli komandamızın azarkeşi olaraq, bu qələbələrə çox sevindim. Lixtenşteyn və Andorra üzərində qələbələr qazandıq. Hər halda, qrupda birinci yeri  tutduq. Çox istəyərdim ki, divizionun qalibi olaq. Futboldur da, bəzən belə də olur”.

Subaşiç millidəki karyerasını başa vuran Emin Mahmudov barədə də fikirlərini bildirib: "Emin Mahmudov millidəki karyerasını bitirdi. Hər halda, Emin millidə çox yaxşı oynayıb, yaxşı oğlandır, yaxşı futbolçudur. Milli komandanın da heyətində rekordçu oldu. Ona uğurlar arzulayıram".

Mirbağırağa