“Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin təklif etdiyi ofsayd qaydası uğursuz sınaqlardan sonra böyük ehtimalla IFAB tərəfindən təsdiqlənməyəcək.
Sportal.az xəbər verir ki, “Vengerin ofsayd qaydası” adlandırılan yenilik hazırda Kanadada sınaqdan keçirilir. Bu qaydaya əsasən, futbolçu yalnız başı, gövdəsi və ayaqları sondan ikinci müdafiəçidən tamamilə irəlidə olduğu halda ofsaydda sayılır. Bədənin hər hansı bir hissəsi müdafiəçi ilə eyni xətdə qalarsa, ofsayd qeydə alınmır.
Sınaqlar göstərib ki, yeni ofsayd meyarları komandaları daha dərin müdafiə olunmağa sövq edir, lakin vurulan qolların sayının artmasına səbəb olmur. Bildirilir ki, yeniliyin təşəbbüskarı olan Arsen Venger özü də sınaqların nəticələrindən narazı qalıb.
Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təklif edilən dəyişiklikləri dəstəkləməyəcəyi gözlənilir.
saytlarin hazirlanmasi
