"Sportinq"in müdafiəçisi Maksi Arauxo Avropanın böyük klublarının transfer siyahısına düşüb.
Sportal.az xəbər verir ki, "Yuventus" və "Çelsi" uruqvaylı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "A Bola" nəşri məlumat yayıb.
Portuqaliya klubu Arauxonu mövsümün ortasında satmağı planlaşdırmır. Yayda isə 26 yaşlı sol cinah müdafiəçisini transfer etmək istəyən klub 80 milyon avroluq sərbəstqalma məbləğini ödəməlidir.
Qeyd edək ki, "Sportinq" Maksi Arauxonu 2024-cü ilin yayında Meksikanın "Toluka" klubundan 13,7 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü cari mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
