Hazırda PSJ-ni çalışdıran Luis Enrike məşqçilik karyerasının ilk addımları barədə danışıb.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Barselona"da çalışdığı zaman futbolçulardan çox qaçmalarını tələb etdiyini deyib:

“Barselona”nın B komandasına rəhbərlik etdiyim vaxt məşqçi kimi hələ təcrübəsiz idim. Bu, mənim ilk təcrübəm olduğundan hər şeyi nəzarətdə saxlamağa çalışırdım. Oyunçularımdan daim qaçmalarını tələb edirdim. Təcrübəsizliyim ucbatından onları, az qala, öldürürdüm. Bir anlıq hər şeyi atıb istefa verməyi düşündüm, amma sonradan fikrimi dəyişdim”.