“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola Səudiyyə Ərəbistanından təkliflər alıb. Bu barədə onun agenti Xosep Mariya Orobitq məlumat verib.
Sportal.az xəbər verir ki, agentin sözlərinə görə, təkliflər vasitəçilər üzərindən göndərilib, lakin ispaniyalı mütəxəssis onları nəzərdən keçirməkdən qəti şəkildə imtina edib.
“Pep gələcəyi ilə bağlı müzakirələrə rəsmi olaraq növbəti mövsümün başlamazdan əvvəl başlayacaq. Hazırda bu, qəti qərardır”, – deyə Orobitq əlavə edib.
saytlarin hazirlanmasi
