"Mançester Yunayted"in müdafiəçisi Matteys de Liqt karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə "Team Talk" proqramında məlumat verilib.
"Beşiktaş" niderlandlı futbolçunun xidmətində maraqlıdır. istanbul təmsilçisi 27 yaşlı mərkəz müdafiəçisini yanvarda icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Matteys de Liqti 2024-cü ilin yayında "Bavariya"dan 45 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində 2 rəsmi matçda ümumilikdə 81 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi
