İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Bruno Fernandeşə iki tanınmış Avropa klubu maraq göstərir.

Sportal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış insayder Nikolo Skira məlumat verib.

İtaliyanın "Milan" və Türkiyənin "Qalatasaray" klubları portuqaliyalı futbolçunu heyətlərinə qatmaq istəyirlər. Hər iki klub gələn yay Fernandeşi transfer etməyə hazırlaşır. Həmin vaxt 32 yaşlı hücumameyilli yarımmüdafiəçi yeni komandaya azad agent kimi qoşula bilər. Oyunçunun "qırmızı şeytanlar"la müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.

Qeyd edək ki, "Mançester Yunayted" Bruno Fernandeşi 2020-ci ilin yanvarında "Sportinq"dən 65 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.