"Barselona" "Borussiya"nın müdafiəçisi Niko Şlotterbeki transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
La Liqa nəhənginin almaniyalı baş məşqçisi Hans Flik həmyerlisini müdafiə xəttini gücləndirmək üçün əsas hədəf hesab edir. "Barselona" Şlotterbeki yalnız bir halda heyətinə qata bilər. Onlar bunun üçün 26 yaşlı mərkəz müdafiəçisinin Bundesliqa klubu ilə müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməlidirlər.
Qeyd edək ki, "Borussiya" Niko Şlotterbeki 2022-ci ilin yayında "Frayburq"dan 20 milyon avroya transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
