"Real" Cud Bellingemə maliyyə şərtləri xeyli yaxşılaşdırılmış yeni müqavilə təklif etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, İspaniya nəhənginin rəhbərliyi ingiltərəli yarımmüdafiəçinin komandadakı rolunu dəyərləndirməyi və onun aldığı maaşın klubdakı statusuna uyğun olmasını təmin etməyi hədəfləyir. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.
"Real" Bellingemin maaşını təxminən iki dəfə artıraraq həftəlik təxminən 480 000 funt-sterlinqə çatdırmağı nəzərdən keçirir. Əgər bu təklif qəbul olunarsa, 23 yaşlı futbolçu klubun ən çox qazanan oyunçuları sırasına qoşulacaq və gəliri təxminən Vinisius Juniorun qazancı ilə eyni səviyyədə olacaq.
Klubun Cudla müqavilə şərtlərini yenidən nəzərdən keçirmək istəyi, onun "Real"ın idman layihəsi üçün həyati əhəmiyyət daşıması ilə bağlıdır. 2023-cü ilin yayında "Borussiya"dan kluba qoşulan hücumameyilli yarımmüdafiəçi qısa müddətdə komandanın liderlərindən birinə çevrilib.
Qeyd edək ki, Cud Bellingem cari mövsümdə "Real"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İngiltərə millisinin üzvünün klub klubu ilə hazırkı anlaşması 2029-cu ilin yayına kimidir.
saytlarin hazirlanmasi
