"Napoli"nin futbolçusu Skott Maktominey qışda komandasını dəyişə bilər.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçiyə maraq göstərən klubların sayı çoxdur. 

Belə ki, "Yuventus" başda olmaqla, həm "Nottingem Forest", həm də "Everton" onunla danışıq aparır. Maktomineyin qışda Neapolu tərk etmək istəyində olduğu bildirilir. O, bu addımı atarsa, Çempionlar Liqasında "Sabah"la görüşdə olmayacaq.

Qeyd edək ki, "Sabah"ın rəqiblərindən olan "Napoli" yanvarın 20-də Bakıda BOS-da meydana çıxacaq. 

Əlavə edək ki, Maktomineyin "Napoli" ilə hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək qüvvədədir.