"Düzünü desəm, “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması məni təəccübləndirmədi. Çünki klub uzun müddətdir çox yaxşı işlər görür. “Sabah”ı zirvədə görmək məni şad edir. Həqiqətən də onların ÇL-də əsas mərhələyə yüksəlmələrinə sevindim".
Bu sözləri Sportal.az saytına açıqlamasında “İnter Eskaldes”in futbolçusu Xuan Kamara deyib.
"Sabah"ın sabiq oyunçusu “bayquşlar”ı hələ də izlədiyini bildirib. "Barselona"nın da formasını geyinmiş Kamara Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Sabah” – “Barselona” oyununda hansı komandanı dəstəkləyəcəyini də açıqlayıb:
"Hər iki klubda xoşbəxt olduğum üçün maraqlı bir oyun gözləyirəm. İstənilən nəticədən zövq alacam. Ümid edirəm ki, heç-heçə qeydə alınacaq. Bu, "Sabah" üçün tarixi nəticə olardı".
Sonda isə ispan futbolçu “Sabah”dakı vaxtlarını xatırlayıb: “Düzü, orada oynamaq mənim çox xoşuma gəlirdi. Həm Bakıda yaşadığım, həm də “Sabah”da oynadığım üçün çox xoşbəxt idim. Amma o vaxtlar məxsus olduğum Polşa klubu “Yagelloniya”dan “Sabah”a icarəyə getmişdim. Həyat yoldaşımla mən Bakıda xoşbəxt idik. Sadəcə elə alındı ki, geri qayıtmalı oldum".
Mirbağırağa
saytlarin hazirlanmasi
