"Sabah"ın müdafiəçisi Eyden Makkartinin cəzası məlum olub.
Sportal.az Çempionlar Liqası Liqa mərhələsinin "Vikinq"lə səfər matçında qırmızı vərəqə alan cənubi afrikalı futbolçu 2 oyunluq diskvalifikasiya edilib. Bu barədə UEFA məlumat yayıb.
22 yaşlı mərkəz müdafiəçisi "Barselona" ilə ev, "Vilyarreal" səfər oyununda komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Sabah" Eyden Makkartini mövsümün əvvəlində ölkəsinin "Kayzer Çifs" klubundan transfer edib. O, Azərbaycan çempionunun heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
