PSJ Xviça Kvaratsxeliyadan sonra daha bir futbolçusunun xidmətindən məhrum olub.

Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Dezire Due sıradan çıxıb.

Fransalı vinger Liqa 1-in "Nitsa" ilə matçında ağır zədə alıb. Duenin dizinin ön çarpaz bağlarında yırtıq aşkarlanıb. 21 yaşlı ön xətt oyunçusu mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, PSJ Dezire Dueni 2024-cü ilin yayında "Renn"dən 50 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə Paris təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.