Misli Premyer Liqasının XII turu mövsümün ilki ilə əlamətdar olub.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, cari çempionatda ilk dəfə meydan sahibi olan komandalardan heç biri qələbə qazanmayıb.
Məğlub olmayan qonaqlar 6 oyunda 4 qələbə qazanıb və 2 heç-heçə edib. “İmişli” “Zirə” (2:2), “Kəpəz” isə “Qarabağ”la (0:0) qarşılaşmadan xalla ayrılıb. “Sumqayıt” “Sabah”a 1:5, “Şəfa” “Qəbələ”yə 0:2, “Şamaxı” “Turan Tovuz”a 0:2, “Araz-Naxçıvan” “Neftçi”yə 1:3 hesabı ilə uduzub.
Meydan sahiblərinin turu qələbəsiz başa vurması sonuncu dəfə ötən mövsümün əvvəllərində yaşanıb. II turun 6 qarşılaşmasında 1 heç-heçə qeydə alınıb, 5 görüşdə isə qonaqlar qalib gəlib.
saytlarin hazirlanmasi
