Futbol üzrə Azərbaycan II Liqasında XII turun oyunları keçirilirə

Sportal.az xəbər verir ki, bu gün "Marafon" səfərdə "Difai"nin qonağı olub. Qarşılaşma Sabirabad təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 29-a yüksəldən "Marafon" turnir cədvəlinin II pilləsində qərarlaşıb.11 xalı olan "Difai" isə IX yerdədir.

"Difai" - "Marafon" 0:3
Qollar: E.Quliyev, 33, E.Hüseynzadə, 36, Ə.Ələkbərli, 80