“Real" və yarımmüdafiəçi Cud Bellinqem arasında yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşır.
Sportal.az xəbər verir ki, Madrid klubu uğurlu çıxışlarına görə 23 yaşlı İngiltərə millisinin üzvünü mükafatlandırmaq istəyir. Tərəflər 2029-cu ilin yayına qədər qüvvədə olan müqavilənin müddətini uzatmağa yaxındırlar.
"The Athletic" nəşrinin məlumatına görə, hazırda illik təxminən 15 milyon avro qazanan Bellinqemin maaşının əhəmiyyətli dərəcədə artırılması gözlənilir.
“Real" ilin sonuna qədər futbolçu ilə yeni müqavilə imzalamağı planlaşdırır. Razılaşmanın bu həftə ərzində rəsmən açıqlanması mümkündür.

