“Milan” “Real Madrid”in hücumçusu Endriki qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, İtaliya klubu 20 yaşlı braziliyalı futbolçunun transferi üçün rəsmi təklif göndərib. Bu barədə futbolçuya da məlumat verilib. Yanvarda transfer baş tutmasa, “rossoneri” yayda yenidən danışıqlara qayıdacaq. Klub Endriki heyətinə qatmaqda qətiyyətlidir.

Bildirilir ki, “Milan” braziliyalı hücumçunun transferi üçün təxminən 70 milyon avro ödəməyə hazırdır. Lakin əsas problem “Real Madrid”in baş məşqçisi Joze Mourinyonun futbolçunu qışda buraxmaq istəməməsidir. Portuqaliyalı mütəxəssis Endriki eyni səviyyədə əvəz edə biləcək oyunçu tapmağın çətin olacağını düşünür.

Braziliya millisinin hücumçusunun agentləri bu həftə və ya gələn həftənin əvvəlində İspaniyanın paytaxtına səfər edərək danışıqlar aparacaq və futbolçunun yaxın gələcəyinə aydınlıq gətirməyə çalışacaqlar. Endrikin nümayəndələri ona bir qərarı, Mourinyo isə başqa qərarı tövsiyə edir. Son seçimi futbolçunun özü etməli olacaq.