"Napoli"nin hücumçusu Lorentso Lukka A Seriyasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Kalyari" italiyalı forvardın xidmətində maraqlıdır. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Sardiniyalı klubu Lukkanı yanvarda icarəyə götürmək istəyir. Massimiliano Alleqrinin rəhbərliyi altında az şans qazanan 26 yaşlı futbolçu da klubunu dəyişməyə isti yanaşır.
İtaliya millisinin üzvü olan Lorentso Lukka cari mövsümdə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.
Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ın rəqibidir. Komandalar arasındakı oyun gələn ilin 20 yanvar tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi
