"Mançester Yunayted" "Əl-Əhli"nin hücumçusu İvan Tonini heyətinə qatmağı ciddi şəkildə nəzərdən keçirir.

Sportal.az xəbər verir ki, baş məşqçi Maurisio Poçettino hücum xəttinin gücləndirilməsində israrlıdır. Buna səbəb Benyamin Şeşkonun zədələnməsi və Coşua Zirkzeenin komandadan ayrılma ehtimalıdır.

Vasitəçilər artıq "Mançester Yunayted" rəhbərliyi ilə əlaqə saxlayıblar. 30 yaşlı Toni Səudiyyə Ərəbistanını tərk edərək Avropa futboluna qayıtmaq istəyir. Bu səbəbdən tərəflər oyunçunun satınalma hüququ ilə icarəyə götürülməsi variantını müzakirə edirlər.

"Arsenal", "Çelsi" və "Tottenhem" kimi digər Premyer Liqa nəhəngləri də ingiltərəli futbolçu ilə maraqlanır və onun transferə açıq olduğu barədə məlumatlandırılıblar.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan İvan Touni cari mövsümdə "Əl-Əhli"nin heyətində meydana çıxdığı 15 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.